Bakının Nərimanov rayonu, Təbriz küçəsi, 72/74 ünvanında yerləşən doqquzmərtəbəli binanın həyəti naməlum şəxslər tərəxindən qanunsuz şəkildə şlaqbaumla bağlanıb. Bu haqda bu gün, 25 avqust tarixində >Oxu.az məlumat verib.
Sakinlərin sözlərinə görə, iki ildir ki, həyət parkinq kimi istifadə olunur.
Vətəndaşlar dəfələrlə Mənzil-Kommunal Təsərrüfat Birliyinə müraciət etsələr də, heç bir tədbir görülməyib.