TƏBİB-in həkimi xəstəlikdən ölüb. Bu haqda 29 iyul tarixində Report məlumat verib.
Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Azad Hüseynov ürək-ağciyər çatışmazlığı səbəbindən vəfat edib.
Hüseynov 14 fevral 1960-cı ildə Bakı şəhərində, həkim ailəsində anadan olub. Bakı şəhəri 4 saylı Şəhər Poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlayan A.Hüseynov, daha sonra Nərimanov Tibb Mərkəzinin nəzdində olan 1 saylı Şəhər Poliklinikasında çalışıb.
Azad Hüseynov Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb və “Müharibə veteranı” adına layiq görülüb.