Paytaxtın Nəsimi rayonunda təmizlik işləri aparılıb. Bu haqda 27 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
İməcilik çərçivəsində parklarda, bağlarda, abad həyətlərdə abadlıq və təmizlik işləri aparılıb, yaşıllıqlar suvarılıb, eyni zamanda küçə və prospektlərdə yolkənarı səkilər, məhəccərlər, işıq dirəkləri, reklam lövhələri, tullantı konteynerləri yuyularaq təmizlənib.
Hazırda rayon ərazisində ayrı-ayrı ünvanlarda abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.
[caption id="attachment_66259" align="alignnone" width="800"]
Foto Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]