“Neftçi” Futbol Klubunda kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov klubla qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
F.Mahmudova göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.