Bakının Nizami rayonunda yeni tədris ili münasibətilə şəhid və veteranların məktəblilərinə vahid forma və məktəb ləvazimatları hədiyyə edilib. Bu haqda bu gün, 30 avqust tarixində Azərtac məlumat verib.
Hədiyyələri Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri təqdim ediblər.
Şəhid və veteranların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
[caption id="attachment_66948" align="alignnone" width="800"]
Foto Azərtac.az saytı[/caption]