Paytaxtın Nizami rayonu, Mikayıl Əliyev və Mehdi Abbasov küçələrinin kəsişməsində yerləşən dairə əsaslı təmir olunub. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Ərazidə köhnə asfalt örtüyü qaşınaraq, yenisi ilə əvəzlənib. Daha sonra müvafiq nişanlanma xətləri çəkilib. Ümumilikdə 2800 kv.m sahə yenidən qurulub.
Ötən həftəsonu adıçəkilən ərazidə hərəkətin məhdudlaşdırılması barədə məlumat verilmişdir.
[URIS id=62709]