top
Novxanıda kişi 15 illik qız dostunun BAŞINI QAPIYA VURDU
13 fevral 2025, 03:21
- ↺ +

Novxanıda kişi 15 illik qız dostunun BAŞINI QAPIYA VURDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novxanıda dostlar arasında dava olub.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Abşeron Rayon Məhkəməsində keçirilib.

Belə ki, Mehman Qasımov (ad şərtidir) 1969-cu ildə Abşeron rayonu, Novxanı kəndində anadan olub. O, 15 illik dostu olan Xəyalə Məmmədova (ad şərtidir) ilə birlikdə spirtli içki qəbul edib. Yeyib-içdikdən sonra Xəyalə evə getmək istəyəndə, söyüş söyməyə başlayıb. Bununla da aralarında mübahisə yaranıb. Mübahisə zamanı Mehman Xəyalənin başını qapıya vurub.

Nəticədə Mehman Qasımov Azərbaycan Respublikası CM-nin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilib.

Təqsirləndirilən Mehman Qasımov ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərib:

“15 ildir ki, Xəyalə ilə dost münasibətindəyik. Hadisə günü, dekabrın 29-u Xəyalə mağazadan bazarlıq edərək, mənim evimə gəldi. Biz birlikdə yemək yeyib və spirtli içki qəbul edirdik. Bir neçə saat sonra Xəyalə getmək istədiyini deyərək, nalayiq ifadələr işlətməyə başladı. Aramızda mübahisə yarandı. Mübahisə vaxtı Xəyalənin sifətinə sillə vurub kənara itələdim. Başı qapıya dəyərək, xəsarət aldı. Əməlimdən peşmanam”.

Məhkəmə iclasında iş üzrə şikayət vermiş zərərçəkmiş Xəyalə Məmmədova bildirib ki, Mehman onu söyüb:

“Təxminən 15 ildir ki, Mehmanla dostuq. Hadisə günü bazarlıq edib Mehmanın evinə getdim. Orada birlikdə spirtli içki qəbul etdik. Evə getmək istədiyimi deyəndə, Mehman mənə söyüş söyməyə başladı. Mübahisə vaxtı o, qəsdən məni kənara itələdi, başım evin qapısına dəyərək yerə yıxıldım. Daha sonra yumruqlamağa davam etdi”.

Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Mehman Qasımovu cinayət məsuliyyətindən azad edib. O, qarşı tərəfə dəymiş ziyanı ödəyib.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər