Baş Prokurorluq Zaur Mirzəyevin həbsi barədə məlumat yayıb. Bu haqda BakuPlus.az bu gün, 19 avqust tarixində xəbər verir.
İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozma, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.