Paytaxtın Nizami rayonunda, həmçinin Sumqayıt şəhərində mağazalardan 1100 manatlıq məhsullar, 1 ədəd noutbuk, qızıl kulon və sırğa oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Bakuplus.az-a DİN-dən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mağazalardan oğurluq etməkdə şübhəli bilinən M.Mikayılov, P.Alxasov və bir nəfər qadın müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.