top
“Qadınların kişidən asılılığı azaldıqca hedonist oldular” – Üzeyir Şəfiyevlə ÖZƏL MÜSAHİBƏ
14 fevral 2025, 03:48
- +

“Qadınların kişidən asılılığı azaldıqca hedonist oldular” – Üzeyir Şəfiyevlə ÖZƏL MÜSAHİBƏ

“Qadınların kişidən iqtisadi asılılığı azaldıqca daha eqoist, hedonist və sərbəst həyat yaşamağı arzuladılar”.

Bu sözləri Bakuplus.az-a yeni nəslin ailə institutu ilə bağlı müsahibəsində sosioloq Üzeyir Şəfiyev deyib.

Onunla müsahibəni təqdim edirik:

- Üzeyir bəy, gələcəyin ailə institutu necə görünür?

- Hazırda 30 il əvvəlki ənənəvi ailə modelindən qlobal açıq cəmiyyətə inteqrasiya olunmuşuq. Bu gün klassik ailə dəyərləri ilə müasir ailə tərzləri arasında mübarizə gedir. Şübhəsiz ki, bu mübarizədə Qərbin öz təsirləri var. Bu təsirlərdə əsas məqsəd Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsasını sarsıtmaqdır. Ona görə ailələri hədəf götürüblər. Saytlar, televiziya verilişləri ilə şüuraltı fikirlər ötürürlər.

Bəlli bir müddətdən sonra ailə strukturunda ciddi dəyişikliklər olacaq. İndi də yeniliklər özünü göstərir. Məsələn, əvvəllər mürəkkəb ailələr (baba və nənənin olduğu) üstünlük təşkil edirdi. Amma indi sadə ailələr (yalnız oğlan və qız) yaranmağa başlayır. Böhran vəziyyətində böyüklərin müdaxiləsi, köməkliyi, məsləhəti olmadıqca boşanmaların sayı daha da artacaq. Statistikaya baxanda boşanmalar içərisində təkcə gənclər yox, orta nəsildə də artım müşahidə olunur. Yəni artıq düşüncələrdə baş verən dəyişikliklər orta nəslə də təsir göstərir.

- Gənc ailələrin tək yaşamaq arzusu nədən yaranır?

- Çünki indiki gənclərin əksəriyyəti, xüsusilə qadınlar hedonist (zövqü və əyləncəni əldə etməyi əsas həyat məqsədi kimi qəbul edənlər) bir həyata meyilləniblər. Qadınlar əvvəl iqtisadi fəal kütlə deyildi, məşğul əhalidə faizi az idi. Lakin bu dəyişdikcə, qadınların kişidən iqtisadi asılılığı azaldıqca daha eqoist, hedonist və sərbəst həyat yaşamağı arzuladılar. Düşünürlər ki, kişidən iqtisadi asılılığı yoxdursa, özü ayaqlarının üstündə durmağı bacarırsa, niyə köhnə təfəkkürlü kişinin kaprizlərini çəksin. Bunun nəticəsində 1-2 uşaq dünyaya gətirdikdən sonra boşanmağı çıxış yolu, azadlıq kimi görürlər. Daha sonra öz hedonist həyatlarını sürməyə başlayırlar. Belə bir tendensiya başlayıb və getdikcə yayılır.

- Keçmiş zamanlarda ailələrin əksəriyyəti böyüklərin seçimi ilə qurulurdu. Amma indi isə elə deyil...

- Bəli, o zaman ailələr ağsaqqal və ağbirçəklərin sözü ilə qız alıb, oğul evləndirirdilər. Amma indi bütün seçim gənclərə verilib. Buna görə bəzən uğurlu alınır, bəzən uğursuz. Ailə dayanıqlığı kövrək olur. Çünki açıq etiraf edək ki, böyüklərin ailə böhranına müdaxiləsi azalıb. Ona görə evliliyin 3-4-cü ilindən sonra böhran başlanır və gənclər özləri münasibəti düzəldə bilmirlər. Boşanmağı çıxış yolu görürlər.

- Ənənəvi ailə modeli nə zamandan dəyişdi?

- Sovet dövründə biz qapalı cəmiyyət halında yaşayırdıq, dünyaya çıxışımız yox idi. Amma Sovet İttifaqının süqutu təkcə fiziki yox, həm də mənəvi dəyərlərimizi aldı. Artıq cəmiyyət dünyaya inteqrasiya olduqca başqa ailə modellərini görüb, təqlid etməyə başladı.

İndi də ölkəmizdə ailə böhranları gedir. Buna da yayılan sosial verilişlər, feminizmin təbliği, gender bərabərliyi altında kişi-qadın qarşıdurmasının yaradılması səbəb olur. Nəticədə Azərbaycanda münaqişəli ailələrin sayı çoxalır.

- Bəs deyə bilərik ki, müasirləşmə ailə dəyərlərini aşağı salır, ailə institutunu dağıdır?

- Yox, bütün hallarda bu belə deyil. O qədər müasir düşüncə sahibi olan insanlar var ki, gözəl, dayanıqlı, sabit ailələri var. Mən düşünürəm ki, ailəni sevgi və anlayış üzərində qurduqda, dayanıqlı ailə ola bilir. Müasirləşmək o deyil ki, əxlaqi dəyərləri kənara qoyasan. Sadəcə, düşüncə tərzləri yanlışdır. İşləyib, heç kimdən iqtisadi asılılıq olmayanda düşünürlər ki, artıq özləri üçün yaşaya bilərlər. Amma elə deyil, ailə cəmiyyəti sosial anemiyalardan xilas edir. Həm də insanların özlərini təklikdən, özgələşmədən xilas edir. Ailə hər kəsə lazımdır, lakin hər kəs ailə həyatı qura bilməz.

Heç kim müasirləşməyə qarşı çıxmır. Amma çalışaq ki, Azərbaycanın mənəvi dəyərləri itməsin.

- Üzeyir bəy, iqtisadi asılılıqdan danışdıq. İndiki dövrdə cütlüklər bir-birindən demək olar ki, maddi cəhətdən asılı olmur. Müşahidələr də onu göstərir ki, bu cür hallar bəzi kişilərdə işləməyə olan marağı azaldır. Ümumiyyətlə, işləmək istəmirlər. Bu doğrudurmu? Kişilər niyə işləmək istəmir?

- Bununla tam razılaşmıram. Təbii ki, kişilər də, qadınlar da işləmək istəyir. Amma belə deyim ki, 30 il bundan qabağa qədər tək bizim ölkədə yox, əksər cəmiyyətdə evin yükünü kişi çəkirdi. Əmək bölgüsündə kişi çöl işləri görür, pul qazanır, qadınlar isə uşağa baxır, ev təsərrüfatı ilə məşğul olur. Azərbaycan müstəqillik qazanandan sonra qadınlar iqtisadi fəal, məşğul əhaliyə çevrilməyə başladılar. Və qadınlar üçün imkanlar açıldı. Hətta Nazirlər Kabineti səviyyəsində qadınların xeyrinə fiziki diskriminasiya var idi ki, 674 çox iş sahəsində qadınların işləməsi qadağan idi. Lakin 2 il öncə bu qadağan olunmuş iş sahələri 204-ə endirildi.

Bu tip hadisələr ailə planlaşmasına təsir göstərdi, qadınlar cəmiyyətə günü-gündən inteqrasiya olunmağa başladı. Nəticədə keçmişdə kişilər qadınların iqtisadi aslılığından istifadə edib diktə dili ilə çox danışırdısa, indi hər iki tərəf koordinativ münasibətə keçib. Çoxuşaqlı ailələr geridə qaldı. Qadınlar 1-2 uşaqla kifayətlənib, karyerasına üstünlük verdilər.

Amma bizdən uzaq bir toplum var ki, onlarda bu proses tərsinə keçirilir. Kişilər evdə oturur, qadınlar pul qazanır. Çox şükür ki, bizdə bu tip ailələr yoxdur.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Dünən, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Dünən, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Dünən, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Dünən, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Dünən, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
07 sentyabr 2026, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Oxşar xəbərlər