top
Qaradağlı faciəsindən 33 il ötür
16 fevral 2025, 22:30
- ↺ +

Qaradağlı faciəsindən 33 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Həmin faciədən 33 il ötür. Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 32 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.

Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, iki nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan səkkiz kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər