top
Qardaş bacısına elçi düşən oğlanı BIÇAQLADI
20 fevral 2025, 02:37
- ↺ +

Qardaş bacısına elçi düşən oğlanı BIÇAQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, hadisədə təqsirləndirilən 1996-cı il təvəllüdlü Etibar Məmmədov (ad şərtidir) Xaçmaz rayonunda anadan olub. O, ötən ilin aprelin 23-ü Abşeron rayonu, Əliağa Vahid küçəsində tanışı Qismət Qasımov (ad şərtidir) ilə mübahisə edib. Buna səbəb Qismətin onun bacısına mesaj yazması olub. Aralarında baş vermiş mübahisə zamanı Etibar evdən götürdüyü bıçaqla Qisməti ağır yaralayıb.

Nəticədə Etibar Məmmədov Azərbaycan Respublikası CM-nin 126.1-ci (sağlamlığa ağır zərbə vurma) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Etibar Məmmədov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O,  ifadəsində göstərib:

“Qisməti əvvəldən tanımırdım. Sonra eşitdim ki, bu adda olan bir şəxs bizə elçi gəlib, bacım Ayşəni almaq istəyir. Lakin mən razı olmadım, qərarımızı da həm Qismətin özünə, həm də anasına bildirdik. Hadisə günü Ayşənin telefonunu götürüb işə getdim. Yolda baxanda Qismətin ona mesaj göndərdiyini gördüm. Ona zəng edib axşam görüşə çağırdım. Qismət görüşə bibisi oğlu Rövşən və adını bilmədiyim digər qohumu ilə gəlmişdi. Bacımı ona verməyəcəyimi deyib, nömrəsini haradan əldə etdiyini soruşdum. Cavabında "o sənin ailənin problemidir" ifadəsini işlətdi. Bu səbəbdən əsəbiləşib, üzərimdə olan bıçaqla onu yaraladım”.

Daha sonra zərərçəkmiş Qismət Qasımov məhkəmədə ifadə verib:

“Təxminən 1 il əvvəl Masazır kəndində Ayşən adlı qızla tanış oluruq. İlk başlarda münasibətimiz yaxşı olsa da, sonradan pisləşdi. Münasibətlərinin pisləşməsinə səbəb isə ailəmin Ayşəngilə elçi gedib imtina cavabı alması idi. Ayşənə demişdim ki, onunla ailə həyatı qurmağa hazıram, lakin qardaşı buna imkan vermir. Bir gün Ayşənə yazdığım mesajı Etibar görüb, mənə zəng edərək görüşə çağırdı. Görüş zamanı aramızda olan mübahisədə Etibar məni bıçaqla vurdu”.

Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Etibar Məmmədovu cinayət üzrə təqsirli bilib. Məhkəmənin qərarı ilə Etibar Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər