top
Qırılan ümidlər, alverçi azgözlüyü – 8 martın pərdəarxası
08 mart 2025, 04:45
- +

Qırılan ümidlər, alverçi azgözlüyü – 8 martın pərdəarxası

8 mart Beynəlxalq Qadınlar günü ölkəmizdə uzun müddətdir qeyd edilir. Artıq ənənə halını alan bu bayram qadına olan diqqətin, qayğının bir simvoluna çevrilib. Gün ərzində əlində hədiyyə paketləri, gül buketləri ora-bura şütüyən, mağaza və dükanlarda qiymət üçün çənə-boğaza çıxan insanları görmək adi hala çevrilib. Amma işin kədərli tərəfi odur ki, bayram günü, bayramdan sonra qarşılaşdığımız bəzi mənzərələr ürək sızladır.

İlk ondan başlayaq ki, bayrama 1 gün qalmış ticarətçilərin, xüsusən də gül dükanlarının, hədiyyə satışı ilə məşğul olan mağazaların toy-bayram ab-havası başlayır. Adi gündə, məsələn, 3 manata satılan qızıl gülün birinin qiyməti qəflətən 5-6-7, bəzən də 8 manata qədər qalxır. Bu, möhtəkirlik, acgözlük, insanların cibinə girməkdən başqa bir şey deyil. Çünki bu spekulyantlar gözəl anlayırlar ki, bayram günü mütləq bir buket gül, xüsusən də qızıl güllərdən ibarət dəstə alınacaq, sifariş ediləcək. Azərbaycan ticarətinin xüsusi qaydası olan “bayram günü qiyməti artır, cibini doldur” prinsipi hər zaman işlək olub. Sadəcə bizim yerli ticarətçilər dünya iqtisadiyyatının qızıl qaydasından: “qiymətləri aşağı salıb, daha çox məhsul və mal sataraq, daha çox gəlir əldə etmək”dən ya xəbərsizdirlər, ya da bu qaydanı qəbul etmirlər. Həqiqətən də, bayram günü baha qiymətə 200-300 gül satmaqdansa, qiymətləri aşağı endirib 800-1000-1200 gül satmaq və daha çox gəlir əldə etmək mümkündür. Bu, bütün dünya ticarətində uzun illərdir sınanılan və tətbiq edilən üsuldur. Amma di gəl ki, bizim ticarətçilər, xüsusən də gül alverçiləri bu qayda üçün qapıları bağlayıb, kilidləyib, açarını da Xəzərə atıblar.

Bayram günü məyusluq yaradan mənzərələrdən biri də yol kənarına, zibil qablarına atılan hədiyyələr, gül buketləridir. Bu, qarşılıqsız sevginin, qarşılığı olmayan dəyərin və bir də hörmətsizliyin, etinasızlığın nişanıdır. Kim bilir, bəlkə o gül buketini alan cavan oğlan, dükandan oyuncaq ayı seçən tələbə cibinin son pulunu xərcləyib? Bəlkə aylarla maaşından, tələbə təqaüdündən yığaraq 8 mart günü sevinə-sevinə hədiyyə alıb? Amma aldığı gül buketi sevdiyi qızın evindəki masanı yox, zibil qutusunu “gözəlləşdirir”. Aldığı hədiyyə ürəyini açmaq istədiyi xanımın otağını yox, gözdən-könüldən iraq yol kənarını bəzəyir. Bu, daşa dəyən sevgi, hörmətdir. Bu, qarşılığı olmayan, kor-koranə bəslənən hisslərdir.
Digər bir məyusluq isə günümüzün ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrlə bağlıdır. Təəssüflə qeyd etmək lazımdır ki, hər bayramda zühur edib status və rəyləri dolduran, bayram keçirməyin əleyhinə çıxış edənlərin sayı günü-gündən artır. Dərd orasındadır ki, ərgənlik dövrü “Facebook”un yaranma tarixinə təsadüf edən və eyni ilin 8 mart tarixində sosial şəbəkədə “mənim rəhmətə gedənim var, rayona gedirəm” deyə öz aləmində yumoristik status yazan şəxs bu gün yaşlanıb, saçları da, dişi də tökülüb, di gəl ki, hər 8 mart eyni məzmunda status yazmaqdan, rəylərdə dişlərini ağardan smayl yerləşdirməkdən çəkinmir.

Hələ Klara Setkin və Roza Lüksemburqun fotosunu paylaşıb “kişilərin düşməni” deyə yazanların bu tipajlara züy tutması başqa bir dərddir. 8 mart günü yaxınını, doğmasını adi bir çiçəklə təbrik etməyi adət halına gətirə bilməyən bu zavallıların, bir də öz aləmində romantik bir dəstəsi də var. Onlar yuxarıdakılardan fərqli olaraq, hədiyyə almamaq üçün “qadını hər gün təbrik etmək lazımdır, ildə bir dəfə düzgün deyil” tipli saxta, pafoslu, boğazdan yuxarı fikirlərin arxasında gizlənirlər. Hələ bu da azmış kimi, qadınların ancaq bahalı hədiyyə qəbul etdiklərini, qiyməti ucuz olan hədiyyələrə rişxəndlə baxdıqlarını yazanlar da ortaya tökülür. Bu maddiyatçı tiplərin zəhlətökən fikirlərini qüvvətləndirmək üçün nə vaxtsa baş vermiş hadisəni bəzəyib-düzəyib əksər qadınların adından danışması, fikrini aksioma kimi camaata sırıması həyasızlığın pik nöqtəsi sayılmalıdır.

Birinci ondan başlayaq ki, 8 Mart dünyanın əksər ölkələrində qeyd edilir və yaranma mahiyyətindən fərqli olaraq, qadınlara, xanımlara xüsusi diqqətin nişanəsidir.

İkincisi, Azərbaycan qadını (digər ölkələrin xanımları ilə nə işimiz) heç bir halda bahalı hədiyyə ardınca qaçmır, əsas meyar burada diqqət və qayğıdır. Mən sizə yüzlərlə misal göstərə bilərəm ki, oğlunun, qardaşının, ərinin aldığı bir dəstə nərgiz gülünü 101 qızıl güldən hazırlanmış gül buketi kimi xanımlar var. Mən sizə minlərlə misal göstərə bilərəm ki, adi açıqcanı bahalı brendin məhsulu kimi qəbul edən qadınlar var. Belə misallar çoxdur. Ətrafımızda, yaxınımızda, çevrəmizdə bu tip xanımların, qadınların sayı kifayət qədərdir. Ona görə də, məsləhətim odur ki, heç olmaya, 8 martda düşük, səviyyəsiz, qadınları alçaltmağa yönəlik fikir səsləndirməkdən, rəy və status yazmaqdan əl çəkin.

Çıxın evdən, yol kənarında, gül dükanlarında dəstəsi 1-2 manata satılan nərgiz güllərindən alın (əgər maddi vəziyyətiniz başqa hədiyyəyə uyğun deyilsə), yaxın və doğma xanımlarınıza hədiyyə edin. Onları sevindirin, dəyərli, sayqılı insan olduqlarını bir daha xatırladın. Yaxşı, bunları da etmirsinizsə, o düşük statusda yazdığınız kimi, bir neçə günlük rayona gedin, sosial şəbəkəyə daxil olub könül bulandırmayın. Heç bir qadını, xanımı sevindirmirsinizsə, heç olmasa, sevindirənlərə, hədiyyə alanlara mane olmayın!

Unutmayın, sevginin ən gözəl göstəricisi qayğı və diqqətdir. Qadın ona göstərilən diqqəti və qayğını əsla unutmaz! Elə bu arada, fürsətdən istifadə edib, 8 mart bayramı münasibətilə bütün xanım oxucularımı təbrik edirəm!

Şahin Məmmədov

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Bu gün, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Bu gün, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Bu gün, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Bu gün, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Bu gün, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Bu gün, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Bu gün, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Bu gün, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Bu gün, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Bu gün, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Bu gün, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Xəbər
Bu gün, 12:15

Səngəçal karvansarasına ziyan vurulub, hadisəni törətmiş şəxslər məsuliyyətə cəlb olunacaq

Xəbər
Bu gün, 11:15

Bilgəhdə adam batıb

Xəbər
Bu gün, 10:15

Ötən həftə 7 nəfərin meyiti tapılıb - VİDEO

Xəbər
Bu gün, 09:16

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 21:00

22-29 iyun tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
20 iyun 2026, 15:23

Bu gün "Cəbiş müəllim"in doğum günüdür

Xəbər
20 iyun 2026, 12:08

Bakıda dabankeşlə döyülən qadın məhkəmədə ərini bağışladı

Xəbər
19 iyun 2026, 18:00

Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
19 iyun 2026, 17:20

Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəlib

Xəbər
19 iyun 2026, 16:20

Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ

Xəbər
19 iyun 2026, 15:20

Sabah Bakıda 38 dərəcə isti olacaq

Xəbər
19 iyun 2026, 14:35

"Sabah"ın baş məşqçisi püşkatmanı dəyərləndirdi: 2 oyunda hər şey baş verə bilər

Oxşar xəbərlər