Paytaxtın Binəqədi rayonunda yerləşən Respublika Reabilitasiya Mərkəzi koronavirus infeksiyasına görə bağlanıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Reporta istinadən məlumat verir.
Fiziki məhdudiyyətli şəxslərin müalicə aldığı tibb müəssisəsində bir neçə nəfərdə COVİD-19 virusu aşkarlanıb. Bu səbəbdən mərkəzə qəbul 31 yanvar tarixinə qədər dayandırılıb.
50 çarpayılıq Tibb müəssisəsində əlilliyi olan şəxslər həm stasionar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunurlar.