Paytaxtın Səbail rayonunda sakinlərlə keçiriləcək görüşlərin vaxtı açıqlanıb. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Bələdiyyə sədrləri tərəfindən keçiriləcək qəbulların tarix və ünvanı aşağıdakı kimidir:
- 1 sentyabr 2022-ci il tarixində saat 12:00-da Səbail bələdiyyəsi tərəfindən Ö.F.Nemanzadə küçəsində;
- 2 sentyabr 2022-ci il tarixində saat 12:00-da Bibiheybət bələdiyyəsi tərəfindən Bibiheybət qəsəbəsi, Məktəb meydanı küçəsində.
Şikayət və təklifləri olan sakinlər qeyd olunan vaxtda ünvanlara yaxınlaşaraq görüşdə iştirak edə bilərlər.