Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində evdən lotereya kartları oğurlanıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Lənkəran rayon sakini M.Şəfiyev qəsəbə ərazisindəki evlərin birindən 5000 AZN dəyərində 530 ədəd lotereya kartını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.