top
Sabunçu rayonunda köhnə park fərdi şəxsə satılıb: sakinlər istirahət etmək üçün yer tapa bilmirlər
27 avqust 2022, 02:30
- ↺ +

Sabunçu rayonunda köhnə park fərdi şəxsə satılıb: sakinlər istirahət etmək üçün yer tapa bilmirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhməd bəy Ağayev küçəsi, 40-11 ünvanında yerləşən “Yay parkı” hasarlanıb. Sovet dövründə tikilən parkda antisanitar şərait hökm sürür, ağaclar kəsilir, ərazidə narkomanlar və evsizlər məskunlaşıblar. Bu haqda bu gün, 27 avqust tarixində Real TV reportaj hazırlayıb.

“Yay parkı” Bakıxanov ərazisində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hələ ötən əsrdə inşa edilib. Ərazisində kinoteatr, kafe, istirahət zonaları olan park hər bir sakinin dincəldiyi yer olub. İndi isə bu ərazinin ətrafı daş hasarla hörülüb, girişinə qapı qoyulub və oraya qıfıl vurulub. Bir zamanlar mövcud olan kinoteatrın binası isə sökülüb, bəzi ağaclar qanunsuz olaraq kəsilib.

Bir müddət sonra narkomanlar hasarın bir hissəsini dağıdaraq parkın ərazisində məskunlaşıblar. Onlar ərazidən keçən su borularını partladıb, ətrafı zibilləyiblər. Şikayətçilər deyir ki, evlərinin yanında olan yeganə istirahət guşəsi əllərindən alınıb, uşaqlar məktəbə gedib-gəlmək üçün hasarlanmış parkın ətrafından dolanmalı olurlar, balacalar da oynamağa yer tapmır.

Sakinlərin sözlərinə görə, “Yay parkı” 2005-ci ildə hansısa sahibkara satılıb. Ondan sonra park yararsız vəziyyətə düşüb.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, həmin ərazi şəxsi olduğundan, İcra Hakimiyyəti oraya heç bir müdaxilə edə bilməz. Təmizlik işlərinin aparılması qurum tərəfindən mümkün deyil. Ağacların kəsilməsi məsələsinə gəldikdə isə sahibkar tərəfindən yalnız qurumuş ağacların kəsildiyi əlavə olunub.

[caption id="attachment_66196" align="alignnone" width="800"]sakinlər istirahət etmək üçün yer tapa bilmirlər Foto Real Tv-nin rəsmi Youtube kanalı[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər