Dünən magistratura imtahanının birinci cəhdi keçirilib.
Bakuplus.az xəbər verir ki, imtahanda düşən suallardan biri sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) analogiyaya aid “il-rüb; estafet-?” sualında “?” işarəsinin yerinə doğru cavab kimi “mənzil” variantını qeyd edib. Bu isə bakalavrlarda çaşqınlığa və narazılığa səbəb olub.
DİM isə sualın cavabı ilə bağlı belə cavab verib:

Qeyd edək ki, sözügedən suala daha məntiqli cavab “mərhələ” olardı (il rüblərdən ibarət olduğu kimi, estafet də mərhələlərdən ibarətdir).