Bakının Tbilisi prospekti təmirlə əlaqədar bağlanır. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinə istinadən məlumat verir.
Bu gecə, saat 00:00-dan sabah saat 22:00-dək Bakının Tbilisi prospektinin Abbasqulu Ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qurum sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edib.