Bakının Tbilisi prospektinin bir hissəsində təmir yekunlaşıb. Bu haqda 31 avqust tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Yasamal rayonunda, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsinin təmiri başa çatıb.
Uzunluğu 1630 metr təşkil edən həmin hissənin təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, zəruri olan yerlərdə nişanlanma xətləri çəkilib.