Bakının Xətai rayonu, Zığ şosesinin yaxınlığında yerləşən “Zeytunluq” adlanan ərazidə ağacları kəsən şirkət cərimələnib. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, qeyd olunan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb. Baxış zamanı "Grand Aqro" MMC-yə məxsus “Zeytunluq” adlanan ərazidə ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib.
Araşdırmalar əsasında "Grand Aqro" MMC barəsində protokol tərtib olunub, qanunamüvafiq tədbir görülüb.