Paytaxtın Xəzər rayonu, Qala-Şüvəlan yolu əsaslı təmir olunub. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Qala-Pirallahı yolunun 9-cu km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan, uzunluğu 5,2 km, eni isə 9 m olan yolun köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənib, 2745 kv.m sahədə piyada səkisi bərpa olunub. Ən sonda yol cizgiləri çəkilib və nişanlanma xətləri quraşdırılıb. Ümumilikdə 49.500 kv.m ərazi yenidən qurulub.
Cari il ərzində rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələrində ümumilikdə 15,4 km uzunluğu olan yolda yenidənqurma işləri davam edir.
[caption id="attachment_69530" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]