Paytaxtın Xəzər rayonunda vətəndaşlara ödənişsiz hüquqi yardım təqdim edilir. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az “UNDP Azerbaijan”-a istinadən xəbər verir.
15 iyul tarixindən etibarən 15 dekabr tarixinə qədər həssas əhali qruplarından olan şəxslər Qadın Resurs Mərkəzinə müraciət edə bilərlər. Aksiya BMT İnkişaf proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilir.
Ünvan: Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi 53a.
Elektron ünvan: khazarqrm@gmail.com
Əlaqə nömrəsi: 051 205 99 49