Paytaxtın Xəzər rayonunda təmizlik işləri aparılıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən iməcilik çərçivəsində Qala və Binə qəsəbələrində yaşayış binalarının fasad hissələri və qaz xətləri rənglənib, işıq dirəklərində olan nasazlıqlar təmir olunub. Həmçinin alaq otları vurulub və məişət tullantıları yığışdırılıb, yollar xüsusi texnika vasitəsilə təmizlənib.
Abadlıq işlərinin bundan sonra da davam edəcəyi nəzərdə tutulub.
[caption id="attachment_66098" align="alignnone" width="896"]
Foto Xəzər Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]