Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüş keçirib. Bu haqda 31 avqust tarixində Bakuplus.az Yasamal Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 1 nömrəli Bakı Tibb kollecinin akt zalında rayon sakinləri ilə görüşüb. Burada vətəndaşlar, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı qəzalı binaların təmiri, vətəndaşların tikinti şirkətləri ilə mübahisələri, əlavə fərdi tikinti üçün icazə, mənzil növbəsi, küçələrin işıqlandırılması, Vətən müharibəsi qazilərinin işlə təmin olunması, sosial yardım və bir sıra sosial məsələlər qaldırılıb.
Başçı sakinlərin problemlərini həll etmək üçün xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verib.
[caption id="attachment_67188" align="alignnone" width="986"]
Foto Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]