Xəzər və Binəqədi rayonlarında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-a istinadən Qala qəsəbəsində 29 yaşlı Sevda Babayevanı yolu keçən zaman “ZİL” markalı yük avtomobil vurub. Yaralı sağ körpücük və bazu sümüyünün yerdəyişən sınığı diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
Report-un məlumatına əsasən digər bir piyada 46 yaşlı Sədaqət Əhmədova Binəqədi rayonunda avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma davam edir.