Bakıda avtomobil oğruları tutulublar. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 13 avqust tarixində xəbər verir.
Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini F.Həsrətova məxsus “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakinləri E.Bəşirov, V.Ağayev və C.Ağammədov avtomobillə birgə saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.