Yasamal rayonunda yollar təmir olunur. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.
Sakinlərin rahat hərəkətinin təmin olunması istiqamətində Alatava massivində məhəllədaxili yolların asfaltlanması və abadlaşdırılması işləri davam etdirilir.
Hazırda ərazidə rayonun MKTB əməkdaşları asfalt örtüyünü yeniləyirlər.