top
Arvadını öldürüb həyətdə basdıran KÖNÜLÜN MƏHKƏMƏSİ
03 mart 2025, 06:08
- ↺ +

Arvadını öldürüb həyətdə basdıran KÖNÜLÜN MƏHKƏMƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masazırda kişi xəyanətə görə arvadını öldürüb, evini satdı.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Könül Baxşəliyev 1969-cu ildə Şərur rayonunda anadan olub. O, 2008-ci ildə Bahar Məmmədova ilə tanış olub. 2019-cu ildən bəri ər-arvad kimi birlikdə yaşayıblar. Könül Baharı öldürərək onun evini və pensiya kartını ələ keçirməyi qərara gəlib. Bu məqsədlə Masazırda yerləşən evin yataq otağında uzanan Bahara hücum edib. Əvvəlcə qadının qışqırmaması üçün düyünlənmiş yaylığı ağız boşluğuna yerləşdirib. Daha sonra qadın corabı ilə əllərini arxadan bağlayıb. Meyiti qadını aldadaraq hovuz tikmək adı ilə qazdığı torpağa basdırmağı planlayıb. Paltar asmaq üçün istifadə edilən iplə boğaraq Baharı öldürüb. Qazdığı quyuda basdırdıqdan sonra Bahar Məmmədovaya məxsus evi 10 gün ərzində 32 min manata satıb. 2022-ci ilin mayın 24-dən 2024-cü ilədək qadının sağ olduğu təəssüratını yaradaraq dövlət tərəfindən verilən pensiyanı ələ keçirib. Ümumilikdə 6957.59 manatı dələduzluqla mənimsəyib.

Nəticədə Könül Baxşəliyev Azərbaycan Respublikası CM-nin 120.2.5, 120.2.9 və 178.2.4-cü (qəsdən həyatdan məhrum etmə və dələduzluq) maddələri ilə təqsirləndirilib.

Təqsirləndirilən Könül Baxşəliyev ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib:

“Baharla 2008-ci ildə qatarda tanış olmuşuq. Elə həmin gündən bəri  münasibətimiz yarandı. Yaxşı ünsiyyət qurduğumuz üçün dini nikah kəsdik. Bakıya gedən zaman Baharın evində qalırdım. Bahara evin pulunu ödəməsi üçün dəfələrlə 3000, 5000, 1000 manat məbləğində pul vermişəm. Sonuncu dəfə Bahara verdiyim 11000 manatın 1000 manatını evin dam örtüyünü təmir etdirmək adı ilə qardaşımdan borc almışdım. Bir gün işdən gələn zaman həyətdə siqaret kötüyü gördüm. Həmin siqaretin mənə məxsus olmadığını bildikdən sonra şübhə yarandı. Naxçıvana getmək adı ilə çantamı götürüb evdən çıxdım. Amma getmədim. 3 gün sonra evə qayıdanda bir kişinin evdən çıxdığını gördüm. Bahar da yataq geyimində idi. Ondan kişinin kimliyini soruşduqda demədi. Xəyanət etdiyini anlayıb, öldürmək qərarına gəldim. Bir gecə səhərə qədər yeri qazdım. Onu aldatdım ki, hovuz tikəcəm. Səhəri gün onun əl-qolunu bağlayıb, həmin qazdığın yerə gətirdim. Ondan xəyanət etdiyi kişinin kimliyini soruşduqda yenə cavab vermədi. Mən də iplə boğaraq öldürüb, onu basdırdım”

Məhkəmə istintaqının yekununda təqsirləndirilən Könül Baxşəliyev Bahara məxsus pensiya kartını özündə saxladığını, həmin kartdan pulları çıxardığını etiraf edib. Məhkəmədən müharibə veteranı olmasını nəzərə almaqla barəsində ədalətli qərar qəbul edilməsini istəyib.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi, bacısı ifadə verib:

“Könülü tanımıram. Bacımın meyiti çıxarıldıqdan sonra hadisədən xəbərdar oldum. Bacım ilə əvvəllər münasibətimiz yaxşı olub. Binəqədidə yerləşən evini satıb, daha sonra mənim oğlum, digər bacım və Bahar Masazırdakı evi aldıq. Həmin evi aldıqdan sonra Bahar bizi istəmədi və evə qəbul etmədi. Bununla da aramızdakı əlaqə kəsildi.

Qonşular bir nəfər kişinin gəldiyini, həmin kişinin bir ay həmin evdə qaldığını, daha sonra Baharın yoxa çıxdığını, kişinin bir ay içində evi satıb getdiyini bildirdilər. Həmin şəxsin kim olduğunu soruşduqda Kamal adlı bir şəxs olduğunu dedilər. Daha sonra polisə müraciət etdim”.

Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Könül Baxşəliyevi təqsirli bilib. Məhkəmənin qərarı ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadəsi elan edildi - "atam qısqandığına görə anamı öldürüb"

Oxşar xəbərlər