Azərbaycanlı qız Leyla Əliyeva Gürcüstanın “Rustavi 2” telekanalında məşhur “Bizə səsini göstər” yarışında iştirak edib.
Bakuplus.az xəbər verir ki, onun ifası münsiflər heyəti və studiyadakı tamaşaçılar tərəfindən çox bəyənilib.
Səhnədə olarkən Leyla iki mahnı ifa edib: biri gürcü dilində, digəri azərbaycanlı müğənni Sara Qədimovanın repertuarından olan “Küsüb getdi” mahnısı olub.
Qeyd edək ki, Leyla Əliyeva Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşıdır.