top
Azyaşlı uşaqların ölüm halları niyə artıb? - Ekspertlərdən ÖZƏL AÇIQLAMA
03 mart 2025, 07:30
- ↺ +

Azyaşlı uşaqların ölüm halları niyə artıb? - Ekspertlərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlər ölkəmizdə azyaşlı uşaqların antibiotikdən, infeksiyadan ölüm halları çoxalıb. Bu isə çox narahatedicidir və ciddi diqqət tələb edir. Antibiotiklərin düzgün istifadə olunmaması, həmçinin sağlamlıq sisteminin müəyyən məsələlərə yetərli reaksiya verməməsi bu cür faciələrə səbəb ola bilər.

Elə ötən gün analoji xəbər İmişlidən gəldi. 4 yaşlı uşaq vurulan antibiotikdən şoka düşərək ölüb. Uşaqlarda antibiotiklərin həkim nəzarəti olmadan istifadə edilməsi çox ciddi nəticələrə yol açır. Xüsusən, antibiotiklərə qarşı allergiya və ya zəhərlənmə reaksiyaları kimi vəziyyətlər ölümə qədər gedə bilər.

Maraqlıdır, ümumiyyətlə, bunun səbəbi nədir? Uşaqlara tibbi müdaxilə düzgün aparılmırmı?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən həkim-pediatr Qoşqar İsmayılovun sözlərinə görə, ümumiyyətlə antibiotiklərin uşaqlara təyini yalnız və yalnız pediatr tərəfindən təyin olunmalıdır:

“Son zamanlar bu hallara tez-tez rast gəlirik ki, xəstələnin uşağın valideyni r, üç gün özü müalicə aparır və ya aptekdəki satıcı ilə məsləhətləşir. Bəzi valideynlər altı ay öncə uşağına nə antibiotik yazılıbsa, uşağı hər dəfə xəstələnən zaman eyni müalicəni təkrarlayır. Belə hallarda görürsən ki, müxtəlif problemlər ortaya çıxır.

Evdə uşaqlara venadaxili hansısa vitaminlərin köçürülməsi qətiyyən məsləhət görülmür. Bu, yalnız xəstəxana şəraitində aparılmalıdır. Ona görə də məsləhətim odur ki, antibiotiklər və digər dərmanlar da həkim resepti yazıldıqdan sonra istifadə olunsun”.

İnfeksionist Mərdan Əliyev isə qeyd edib ki, bəzən insanlarda dərmanlara qarşı allergik reaksiyalar müşahidə olunur:

“Hər dərmana qarşı allergik reaksiya ola bilər. Amma antibiotiklərə qarşı bu reaksiyalar daha tez-tez müşahidə olunur. Şiddəti də daha yüksək olur. Allergik reaksiya olduqda təcili və təxirəsalınmaz yardım göstərilməlidir. Göstərilmədikdə ölüm ilə nəticələnə bilər. Dərmanlar istifadə olunan zaman bu ehtimal nəzərə alınmalıdır. İynələr xəstəxana şəraitində vurulmalıdır. Şok əleyhinə dərmanlar əl altında olmalıdır. Vaxt itirmək olmaz. Yardım düzgün göstərildikdə, ölüm də olmur.

Dərman inyeksiya olunursa, dərmanın özünə qarşı allergik reaksiya orqanizmdə varsa, bunun artıq tibbi müdaxilə göstərənlə heç bir əlaqəsi yoxdur. Hər qızdırmalı uşağa antibiotikin vurulması düzgün deyil. Qızdırmalı şəxslərdə problem 90 faiz virusla əlaqəlidir. Antibiotiklər isə virusa təsir etmir. Əksinə, dərmanın yan təsirləri var. Əlavə dərmanla orqanizm yüklənir. Bunlar nəzərə alınmalıdır”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadəsi elan edildi - "atam qısqandığına görə anamı öldürüb"

Oxşar xəbərlər