Paytaxtın Səbail rayonu, Badamdar şosesində su borusu partlayıb. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Qəza şosenin Qurd qapısı yaxınlığındakı hissəsində baş verib. Nəticədə içməli su yerin altından küçəyə axmağa başlayıb. Hadisə yerinə “Azərsu” ASC-nin əməkdaşları cəlb olunublar.
Hazırda borunun keçdiyi ərazidə asfalt örtüyü qazılır.