Paytaxtın Xətai rayonunda ağacları kəsən şəxs cəzalandırılıb. Bu haqda 2 sentyabr tarixində Report məlumat verib.
Cavanşir küçəsi, 27 ünvanında ağacları qanunsuz kəsən Abbas Nəcəfov cəzalandırılıb. Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
“Ərazinin əvvəlki vəziyyətə gətirilməsi və kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi üçün Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göstəriş verilib. Birliyin işçiləri tərəfindən yaşıllıq sahədəki hasar sökülüb və əraziyə yeni ağaclar əkilib”, - deyə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.