Yasamalda qanunsuz tikilən hasarlar sökülüb. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 7 sentyabr tarixində xəbər verir.
Ötən gün Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsi, 98 ünvanının yaxınlığında yerləşən binaların həyətində və yaxınlığında vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilən ərazilərdəki hasarlar Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən sökülüb.
Bu gün də həmin ünvanda sökülən ərazilərdəki məişət tullantıları və digər zibillər təmizlənir, ərazidə təmizlik işləri aparılır.