Paytaxt çimərliklərində tullantıların dənizə axıdılması məsələsi nə yerdədir? Bu haqda bu gün. 2 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərlinin sözlərinə görə, Pirşağıda 1000 millimetrlik kollektorlar sayəsində Xəzərə atılan tullantı sularının qarşısı tamamilə alınıb.
Buzovnada hazırda sahilboyu dənizə axıdılan tullantı suları xüsusi qurğular vasitəsilə təmizlənir və tullantıların axıdılmasının qarşısını almaq üçün işlər davam edir.
Şıx çimərliyində isə dənizə tullantı sularının birbaşa axıdılması müşahidə edilmir.