Bakının Binəqədi rayonu, 7-ci və 8-ci mikrorayonlara, Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsi müvəqqəti olaraq kəsilib. Bu haqda bu gün, 23 iyun tarixində Report məlumat verib.
Məlumata görə, su təchizatında yaranan problemlər magistral su kəmərində baş vermiş qəza ilə bağlıdır.
Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.