top
Bakıda DƏHŞƏT: Kişi sevgilisinin 9 yaşlı qızına… - TƏFFƏRRÜAT
25 fevral 2025, 02:15
- ↺ +

Bakıda DƏHŞƏT: Kişi sevgilisinin 9 yaşlı qızına… - TƏFFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qadın qızına göz dikən sevgilisini bıçaqlayıb.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Elşən Vəliyev (ad şərtidir) 1988-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, cinsi ehtirasını təmin etmək məqsədi ilə zərərçəkmişin anası Aysel Cəfərova (ad şərtidir) ilə qeyri-qanuni nikah münasibətində olub. Bir gün Aysel Elşənə zəng edərək aş bişirdiyini deyərək evinə dəvət edib. O, İqtisad Universitetinin 2 saylı yataqxanasında yaşayan Ayselin evinə gəlib. Qadının hamamda olmasından istifadə edərək onun 9 yaşlı qızı Sevinc Cəfərovaya (ad şərtidir) qarşı seksual hərəkətlər edib. Ardınca bu barədə kiməsə danışacağı halda öldürməklə hədələyib.

Elşən başqa bir gün yenidən Ayselin evinə gəlib. İçki içib, yemək yedikdən sonra yatmaq üçün divana uzanıb. Ayselin sərxoş olmasından istifadə edərək yenidən qızı Sevincə qarşı seksual və zorakılıq hərəkətlər edib.

Nəticədə Elşən Vəliyev Azərbaycan Respublikası CM-nin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı zorakılıq) maddəsi ilə təqsirləndirilib.

Təqsirləndirilən Elşən Vəliyev ittiham üzrə özünü qismən təqsirli bilməyib. Hadisənin tam araşdırılmasını istəyərək ifadə verməkdən imtina edib. Onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilib:

“Aysel Cəfərovanı iki ildir tanıyıram. Özüm evli olsam da, arada onunla görüşüb cinsi münasibətdə oluruq. Bir gün Aysel mənə zəng edib bir həftə onu niyə axtarmadığımı soruşub, məni öz evinə dəvət etdi. Həmin gün Ayselin 9 yaşlı qızı Sevinc də evdə idi. Yeyib-içdikdən sonra Aysel evdə olan bir ədəd çarpayıda özü uzanıb yatdı. Əslində həmişə onlarda qalanda mən çarpayıda, Aysel qızı ilə birlikdə yerdə yatırdı. Bu dəfə mən və Sevinc yerdə yatdıq. Bir neçə dəqiqə sonra Aysel qışqırmağa, mənə verdiyi 300 manat pulu istəməyə başladı. Pulum olmadığını deyəndə bıçaqla məni vurdu. Üstümə hücum çəkərək “bu nədir hər dəfə gəlirsən, 1 manat da vermirsən, hələ bir məndən pul alıb onu da qaytarmırsan” dedi. Ana-bala mənim haqqımda yalan ifadə verirlər. İstəyirlər ki, Aysel məni bıçaqladığı üçün yüngül cəza alsın”.

Daha sonra 9 yaşlı Sevinc Cəfərovanın anası şahid qismində ifadə verib:

“Elşən ilə 2 il əvvəl sosial şəbəkədə tanış olduq. Onunla yaxşı münasibətimiz yarandıqdan sonra ailə kimi birlikdə yaşadıq. Yataqxanada 9 yaşlı qızım Sevinc ilə bərabər yaşayır, mağazada satıcı kimi işləyirəm. Sonuncu dəfə Elşən mənə zəng edərək bizə gələcəyini, mənim yemək bişirib, araq almağımı dedi. Bu iki il ərzində heç vaxt Elşən qızıma qarşı pis olmayıb. Həmişə ona “qızım”, Sevinc isə ona “ata” deyirdi. Elə vaxt olub Sevinclə Elşən evdə tək qalıblar.

Hadisə günü yeyib-içdik, qızım oynamaq üçün çölə çıxdıqdan sonra Elşənlə intim əlaqədə olduq. Yorğun olduğum üçün mən çarpayıya uzandım, Sevinclə Elşən isə yerdə yatdılar. Bir neçə dəqiqə sonra Elşənin yerindən qalxaraq qəribə tərzdə mənə baxdığını hiss etdim. Sanki yoxlayırdı ki, görsün mən yatmışam ya yox. Mən dərhal onların üstündə olan yorğanı kənara çəkəndə Elşənin lüt, qızımın isə alt paltarının olmadığını görüb qışqırdım. Elşəni evdən qovub polis çağırmaq istəyəndə, qoymadı. Özümü cilovlaya bilməyib bıçaqladım.

Sevinc sonra mənə açıb danışdı ki, Elşən iki ay qabaq onun telefonuna cinsi orqanının şəkilini atıb. O da həmin şəkili dərhal silib”.

Məhkəmədə zərərçəkmiş Sevinc Cəfərova yaşadıqlarını danışıb:

“Elşəni anamın yaxını kimi tanıyıram. Hadisədən təxminən iki ay əvvəl o, mənim telefonuma öz cinsiyyət orqanının şəklini göndərdi. Elşənin bu hərəkətindən qorxdum, lakin utandığımdan anama danışmadım. Hadisə günü bizə gəlib yeyib-içdikdən sonra yatmaq üçün yerdə uzandıq. Elşən öz cinsiyyət orqanını mənə sürtməyə başladı. Səsimi çıxarmamağımı, əks hal olarsa, bizi öldürməklə hədələdi. Anam şübhələnib yorğanı çəkən zaman hər şeyi gördü. Özünü cilovlaya bilməyib Elşəni bıçaqladı”.

Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Elşən Vəliyevi təqsirli bilib. Məhkəmənin qərarı ilə Elşən Vəliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər