top
BQXK: Bakı Azərbaycandakı nümayəndəliyimizi bağlamaq niyyəti haqda bizə məlumat verib
05 mart 2025, 11:00
- ↺ +

BQXK: Bakı Azərbaycandakı nümayəndəliyimizi bağlamaq niyyəti haqda bizə məlumat verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib”.

Bunu apa.az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant deyib.

O bildirib ki, hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırlar: “Bu, bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”.

Azərbaycanda hansı beynəlxalq təşkilatların nümayəndəliyi bağlanır?

Rəsmi Bakı BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib. Eyni zamanda Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) də Azərbaycandakı nümayəndəliyin bağlanması barədə bildiriş göndərib.

Hökumət bildirir ki, bu, beynəlxalq təşkilatlarla əməkdaşlığın dayandırılması demək deyil. Azərbaycan əməkdaşlığı beynəlxalq təşkilatların regional və baş ofisləri ilə davam etdirəcək.

Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan

Hökumətin əsaslandırmasına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəliyinin hazırkı fəaliyyətinə ehtiyac yoxdur. Hökumət hesab edir ki, BQXK-nin fəaliyyətini zəruri edən səbəblər artıq aradan qalxıb.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında keçmişdə də bəzi problemlər yaşanıb.

Komitə 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndində ofis açmışdı. Həmin vaxt Azərbaycanın israrına baxmayaraq, BQXK ofisini bağlamadı. Hətta 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra belə Beynəlxalq Qızıl Xaç Komitəsi Xankəndidəki ofisini bağlamaqdan imtina etdi.

Bundan başqa, Azərbaycan tərəfində BQXK-nin humanitar missiya adı altında qaçaqmalçılıqla məşğul olması barədə faktlar var. 2023-cü ildə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdini aşkarlamışdı. Həmin dövrdə DSX əvvəllər də BQXK-ya bu barədə xəbərdarlıq etdiyini məlumatda vurğulamışdı.

DSX-nın məlumatında qeyd olunurdu ki, xəstələrin təxliyəsini həyata keçirən təcili tibbi yardım maşınlarından qaçaqmalçılıq məqsədilə istifadə edilməsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də BQXK-ya olan etimaddan sui-istifadə cəhdidir. Bununla bağlı Azərbaycan tərəfi cinayət işi açmışdı.

Daha bir məlumat isə Azərbaycan Ordusunun Füzuli istiqamətində əməliyyatlarını dayandırmağa cəhd göstərmək üçün Ermənistana komitə əməkdaşları tərəfindən casusluq edilməsi ilə bağlıdır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadəsi elan edildi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Oxşar xəbərlər