Bakıda onlayn yemək sifarişini aparan kuryer ünvana çatanda qəribə hadisə ilə qarşılaşıb.
Bakuplus.az xəbər verir ki, sözügedən ünvan Bakıda yerləşən qəbiristanlıqlardan biri olub. Bu da kuryeri təəccübləndirib. Kuryer daha sonra sifarişçi ilə əlaqə saxlayıb və ünvanın dəqiqliyini yoxlamağa çalışıb. Bu zaman sifariş verən şəxs kuryerə düzgün ünvanda - qəbiristanlıqda olduğunu bildirib.
"Qəbiristanlığa gir və 12 qəbir say. Gəlib çatacaqsan mənə. Mən sənə burdan işıq vuracam. 3 nəfərik", - deyə sifarişçi bildirib.