top
Gözəllik salonlarında lazer proseduru dayandırılsın – RƏSMİ
05 mart 2025, 04:09
- +

Gözəllik salonlarında lazer proseduru dayandırılsın – RƏSMİ

Son günlər sosial şəbəkələrdə lazer üsulu ilə epilyasiya proseduru həyata keçirən müəssisələrdə yoxlamalar aparılması ilə bağlı məlumat yayılır. Yoxlama zamanı bildirilib ki, artıq epilyasiya proseduru tibbi kosmetologiyaya aid olduğu üçün icrası yalnız tibb müəssisələrində mümkündür.

Məsələ ilə bağlı Bakuplus.az Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, lazer üsulu ilə epilyasiya proseduru tibbi kosmetologiyaya aiddir və icrası tibb müəssisələrində tibb təhsili olan mütəxəssislər (ixtisaslı həkim dermatoloqun nəzarəti altında dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı) tərəfindən həyata keçirilməlidir:

“Bərbər və vizajist xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan sahibkarlıq subyektlərinin fəaliyyətinə nəzarət isə Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid deyil.

Gözəllik salonlarına gəldikdə isə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq edilən “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”a cavab vermədiyindən həmin müəssisələrdə tibbi kosmetoloji prosedurların həyata keçirilməsi birmənalı şəkildə yolverilməzdir.

Gözəllik salonlarında tibbi kosmetoloji prosedurların keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə vətəndaş və yerli dövlət özünüidarəetmə orqanlarından fakta əsaslanan müraciətlər daxil olduqda Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlamalar keçirilir ki, həmin xidməti yoxlamalar zamanı fakt öz təsdiqini tapdığı halda sahibkarlıq subyektlərinə inzibati qaydada tənbeh tədbiri seçilərək barələrində inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilir.

Odur ki, gözəllik salonlarında mövcud tibbi kosmetoloji prosedurların həyata keçirilməsinin sahibkarlıq subyektləri tərəfindən dayandırılması zəruridir. Əks halda onlar inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Özəl tibb müəssisələrində və aptek təşkilatlarında baş verən qanun pozuntularına rast gəldikdə vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 07 12), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Bu gün, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Bu gün, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Bu gün, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Bu gün, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Bu gün, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Bu gün, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Bu gün, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
Dünən, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Dünən, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Dünən, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Dünən, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Dünən, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Dünən, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Dünən, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Oxşar xəbərlər