top
Lənkəranlı kardioloq: “Azərbaycanda ürək-damar xəstəlikləri cavanlaşır” - MÜSAHİBƏ
27 fevral 2025, 10:21
- +

Lənkəranlı kardioloq: “Azərbaycanda ürək-damar xəstəlikləri cavanlaşır” - MÜSAHİBƏ

Cenublu.az-ın bugünkü müsahibi həkim-kardioloq Mirzə Baxşıyevdir.

Müsahibəni təqdim edirik:

– Mirzə bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– 2002-ci ildə Lənkəran rayon Girdəni kənd məktəbini bitirmişəm və Azərbaycan Tibb Universitetinə Müalicə İşi fakültəsinə qəbul olmuşam. 2008- ci ildə həmin fakültəni bitirdim. 2008-2009-cu illərdə Kardiologiya üzrə internatura kursu keçmişəm. 2009-2010 illərdə hərbi xidmətdə olmuşam. 2010-cu ildən Lənkəran Mərkəzi Rayon Xəstəxanasında həkim-kardioloq kimi fəaliyyət göstərirəm. Bir çox yerli və xarici konfransların iştirakçısıyam. Eyni zamanda Azərbaycan və Avropa kardiologiya cəmiyyətinin üzvüyəm.

– Kardioloq olmaq qərarını necə verdiniz?

– Kardioloq olmaq qərarını elə tələbəlik illərində qərar vermişəm.

– Kardiologiyada ən çox rastlaşdığınız xəstəliklər hansılardır?

– Ürəyin işemik xəstəliyi kardiologiyada ən geniş yayılmış xəstəlikdir.

– Bütün dünyada olduğu kimi Azərbaycanda da bu gün ürək-damar xəstəliklərinin digər xəstəliklərlə müqayisədə daha çox yayıldığı deyilir. Siz mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə son illər dünyada və Azərbaycanda ürək-damar xəstəlikləri sürətlə artmaqdadır. Hazırda dünyada və Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm halları birinci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ürək xəstəlikləri dünyada ölümün 31%-ni təşkil edir. Bu çox böyük rəqəmdir. Azərbaycanda da vəziyyət heç ürəkaçan deyil, il ərzində ölümlərin haradasa 60%-ə yaxınını ürək xəstəlikləri təşkil edir.

– Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin yaranmasında daha çox hansı faktorlar üstünlüyə malikdir?

– Dünyada və Azərbaycanda ürək-damar xəstəliklərinin yayılmasının əsas səbəbləri həyat tərzi, qidalanma, tütün çəkmə, fiziki aktivliyin az olması və psixi emosional amillərlə əlaqədardır.

– Xəstəliklərin yayılmasında genetik amilin rolu nə dərəcədədir?

– Ürək-damar xəstəliklərinin yayılmasında genetik amillər ən əsas və vacib yerlərdən birini tutur və çox təəssüflər olsun ki, dəyişdirilə bilməyən risk amillərinə aiddir.

– Azərbaycanda ürək-damar xəstəliklərinin cavanlaşması da müşahidə olunur. Bunun əsas səbəbləri nədir?

– Azərbaycanda da, dünyada da ürək damar xəstəlikləri ildən-ilə cavanlaşır. Bunun da əsas səbəbi yenə ətraf mühit, psixi emosional amillər, məişət-ailə problemləri, zərərli vərdişlər və s.

– Bu sahə üzrə əsas problem kadrların hazırlanması ilə bağlıdır. Bu gün mövcud vəziyyət necədir? Yeni açılan tibb müəssisələrində müasir avadanlıqlarla işləməyi bacaran ixtisaslı kadrlar varmı?

– Hazırda bu sahədə Azərbaycanda çox böyük işlər görülür. Əvvəllər kadrların hazırlanması üçün mütləq şəkildə xaricə üz tutmalı olurduq, amma bu gün Azərbaycanda çox savadlı, işinin peşəkarı və bacarıqlı mütəxəssislər var. Onlar da yeni kadrların hazırlanmasında çox böyük işlər görürlər.

– Ürək-damar xəstəlikləri ilə bağlı uşaqlar arasında vəziyyət necədir?

– Uşaqlar arasında daha çox anadangəlmə ürək problemlərinə rast gəlinir.

– Cənub bölgəsində çalışırsınız. Bu sahənin nə kimi problemləri var?

– Müalicə əsasən xəstənin həyat tərzini dəyişmək, zərərli vərdişləri varsa, çəkindirmək və təbii ki, dərman müalicəsidir.

– İnsanların ürək xəstəliklərindən qorunmaq üçün tətbiq etməli olduğu sadə addımlar nədir?

– Gündəlik fiziki aktivliyə nəzarət olunmalıdır. Zərərli vərdişlərdən çəkinmək, qidalanmaya diqqət və ən xırda narahatçılıq hiss etdikdə dərhal həkimə müraciət olunmalıdır.

– Kardiologiyada hansı yeni araşdırmalar və inkişaflar gözlənilir?

– Tibbin digər sahələrinə baxanda, kardiologiya dünyada və Azərbaycanda ən inkişaf etmiş sahədir. Bunu əminliklə deyə bilərəm və ildən ilə kardiologiya sahəsində olan çalışmaların həcmi daha da artır. Bu da bizə gələcəyə daha nikbin baxmağa əsas verir.

– Gələcəkdə ürək xəstəliklərinin daha yaxşı müalicəsi üçün hansı irəliləyişlərə ümid edirsiniz?

— Gələcəkdə ürək-damar xəstəliklərinin vaxtında diaqnozunun qoyulması və müalicəsi üçün böyük işlər görülür. Artıq yaxın gələcəkdə rəqəmsal kardiologiyanın tətbiqi istiqamətində çalışmalar gedir.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Dünən, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Dünən, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Dünən, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Dünən, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Dünən, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Dünən, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Dünən, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Dünən, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Dünən, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Dünən, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Dünən, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
22 iyun 2026, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
22 iyun 2026, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
22 iyun 2026, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
22 iyun 2026, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
22 iyun 2026, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
22 iyun 2026, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
22 iyun 2026, 15:14

Sabah hava necə olacaq?

Xəbər
22 iyun 2026, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
22 iyun 2026, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
22 iyun 2026, 13:49

Bülbülün doğum günüdür

Xəbər
22 iyun 2026, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
22 iyun 2026, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər