Sabah gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.
Bakuplus.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunub ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.
Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə ələqadar bəzi yollar buz bağlayacaq.