top
“Metil spirti ilə zəhərlənmələrin 85 faiz ölümlə nəticələnir” – Toksikoloqdan ÖZƏL AÇIQLAMA
28 fevral 2025, 07:00
- ↺ +

“Metil spirti ilə zəhərlənmələrin 85 faiz ölümlə nəticələnir” – Toksikoloqdan ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər spirt zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb. Bu gün Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb. Bununla da paytaxtda bu səbəbdən ölənlərin sayı 22-yə çatıb.

Xatırladaq ki, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Baş Prokurorluğun yaydığı məlumata görə, 15 nəfərin zəhərlənərək öldüyü yerdən aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.

Bəs, görəsən, belə hadisələrin qarşısını necə almaq mümkündür?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Kliniki Tibbi Mərkəzin (KTM) baş toksikoloqu Azər Maqsudovun sözlərinə görə, qış mövsümü başlayandan spirtli içkilərdən zəhərlənmə halları artıb:

“Əsasən də metil spirtindən zəhərlənənlər daha çoxdur. Bununla bağlı tez-tez müraciətlər olur. Etil spirti ilə metil arasında fərqlər var. Kimyəvi düsturu müxtəlifdir. Metil spirti texnoloji prosesdə də çox ucuz əmələ gəlir. Satış qiyməti də çox ucuz, 60-80 qəpikdir. Amma buna baxmayaraq etil spirti texnoloji prosesdə bahadır. Araq və viski içkisi kimi qiyməti də yüksəkdir. Ona görə də maliyyə məsələsinə görə bəzi şəxslər daha ucuz spirtə üz tutur”.

A.Maqsudov zəhərlənmə simptomlarını sadalayıb:

“Əsas şikayətlər baş ağrısı, başgicəllənmə, ürək bulantısı, qusma, ikili görmə və yuxululuqdur. Bu yuxululuq elədir ki, getdikcə xəstə komaya düşə bilər. Komadan çox çətinliklə çıxarmaq olur”.

Toksikoloq metil spirtindən zəhərlənənlərin statistikasını da açıqlayıb:

“Statistikaya görə metil spirti ilə zəhərlənmələrin 85 faizi ölüm ilə nəticələnir. Metil spirti özü də apteklərdə satılır. Dezinfeksiya üçün bir maddədir. Üstündə də texniki spirt sözü yazılır”.

“Qış mövsümündə bədənin müqaviməti zəiflədiyi üçün spirtli içki qəbul etmək məsləhət deyil. Fəsadı çoxdur. Həssas olan insanlar mütləq diqqətli olub, bu məsələləri nəzərə almalıdır. Aptekdən alınan metil spirti daxilə qəbul edildikdə ümumiyyətlə çox təhlükəlidir. Adamın həyatına son qoya bilər”, - deyə A.Maqsudov fikrini tamamlayıb.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər