Paytaxtın Nəsimi rayonunda abadlıq işləri aparılır. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görülmüş işlər çərçivəsində mövcud park və məhəllələrdə oturacaqlar, işıq dirəkləri, mini futbol meydançaları, idman qurğuları və uşaq oyun elementləri təmir edilir, eləcə də sanitar-təmizlik işləri, yaşıllıqların və ağacların suvarılması işləri aparılır.
Rayon ərazisində təmir-bərpa işləri bundan sonra da davam edəcək.
[URIS id=67726]