Bakının Nəsimi rayonunda iməcilik keçirilib. Bu haqda 10 sentyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Ərazidə aparılan sanitar təmizlik işləri zamanı parklarda, meydanlarda, həyətlərdə abadlıq və təmizlik işləri aparılıb, yol kənarlarında səkilər, məhəccərlər, işıq dirəkləri, reklam lövhələri, məhəllə və küçələrdəki zibil qabları, yağış kürəbəndləri yuyulub.
Hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.
[caption id="attachment_69259" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]