Nəsimi rayonunda parklarda və abad həyətlərdə yerləşən avadanlıqların cari təmir işləri aparılır. Bu haqda 3 sentyabr tarixində Nəsimi RİH məlumat verib.
Abadlıq işləri zamanı park və məhəllələrdə oturacaqlar, işıq dirəkləri, minifutbol meydançaları, idman qurğuları və uşaq oyun elementləri təmir edilir, eyni zamanda sanitar-təmizlik işləri, yaşıllıqların və ağacların suvarılması işləri aparılır.
Rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.
[URIS id=68072]