Bakının Nizami rayonunda 6 sentyabr axşam saatlarında yüksək gərginlikli elektrik xəttində qəza baş verib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az “Azərişıq” ASC-yə istinadən məlumat verir.
Qəza baş verən ərazidə abonentlərin enerji təchizatı həmin gün qısa müddətdən sonra tam təmin olunub.
Hadisə yerinə təmir-bərpa briqadaları göndərilib. İstehlakçılara elektrik enerjisinin verilişində fasilələrin qarşısının alınması üçün halqa sxemində ehtiyat xətlə enerji təchizatı təşkil edilib.