Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində İcra nümayəndələri sakinlərlə görüş keçiriblər. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görüşdə RİH başçısı, onun müavinləri, aparatın şöbə müdirləri, Pirşağı bələdiyyəsinin sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
Tədbirdə vətəndaşlar qəsəbənin ümumi problemləri haqda, eləcə də onları narahat edən şəxsi məsələlərlə bağlı müraciətlər ediblər. Təklif və şikayətlər dinlənildikdən sonra onların həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.