“Masazırda həyat dayanıb. Taksilər məhəllədən əsas yola 4-5 manata gedir, o da gedə bilsə. Avtobuslar da ümumiyyətlə gedə bilmir”.
Bakuplus.az xəbər verir ki, bunu Bakı sakinlərindən biri sosial media hesabında yazıb.
Şikayətçi sakinin sözlərinə görə, yağan qar Masazırda yolları iflic edib:
“Yollar bərbad, maşınlar hərəkət edə bilmir, üstünə də tıxac var. Camaat qalıb yollarda. Maşınlar bir az hərəkət edib, yolda saxlayırlar ki, “gedə bilmirəm”. Bələdiyyənin yolları təmizləmək indi yadına düşüb. Bir yandan da yolu onlar kəsib”.