top
Qarlı havalara nəqliyyat vasitələrini necə hazırlayaq? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA
24 fevral 2025, 09:00
- ↺ +

Qarlı havalara nəqliyyat vasitələrini necə hazırlayaq? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qış fəsli avtomobil sürücüləri üçün ən çətin dövrlərdən biridir. Qar və buzlu yollarda sürücülər daha diqqətli və hazırlıqlı olmalıdırlar, çünki avtomobillərin idarə edilməsi çox çətinləşir və qəza riski artır. Qar və buzla örtülən yollarda sürüşmə, görünüşün azalması və digər təhlükələr daha çox olur. Bu da ağır fəlakətlərlə nəticələnə bilər.

Bəs, görəsən, nəqliyyat vasitələri qış mövsümünə hazır idimi? Qarlı havada, şaxtada qalan avtomobillərdə hansı problemlər yarana bilər?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sürücülərimizin bir qismi qış mövsümünə hazır deyil:

“Nə özləri, nə də idarə etdikləri avtomobilləri qışa hazır vəziyyətdə deyillər. Avtomobilin təkərləri belə hələ yay təkəridir. Qışda qar yağan bir vaxtda yay təkərləri ilə avtomobil idarə etməyə cəhd göstərirlər. Bu da qəzalara səbəb olur. Soyuducu sistemdə xüsusi antifriz məhlulu olmalıdır. Amma onlar sudan istifadə edirlər. Qışda isə su dona bilər. Su donursa, mühərrik də sıradan çıxacaq. Bunu hər bir sürücü bilməlidir.

Düzdür, yaxşı olardı ki, avtomobili qapalı yerdə saxlayasan. Artıq iş-işdən keçibsə, sürücü çatdırmayıbsa, avtomobil şaxtalı havada qalıbsa, bu zaman şaxta bitdikdən sonra mühərriki işə salmağa tələsmək lazım deyil. Bir müddət gözləmək lazımdır ki, həmin o donmuş hissələrin donu açılsın. Buz varsa, əriməyini gözləmək lazımdır. Avtomobili işə salmazdan öncə mütəxəssis dəvət etmək gərəkdir ki, onun tövsiyələri əsasında uzun müddət şaxtada qalmış avtomobilin mühərriki yenidən işə salınsın”.

Avtomobil mütəxəssisi, usta Sahil Ağabəyli isə qeyd edib ki, qar yağdıqda və ya qardan sonra avtomobillərdə fəsadlar yaranır:

“Çünki çalalar qar örtüyü örtülür və avtomobil oraya düşür. Sonra isə avtomobildə ön və arxa işlək hissələrində hansısa səslər gəlməyə başlayır. Bəzən diskin içəridən çatlaması, təkərlərin şiş olması hallar ilə rastlaşırıq.

Qarda nəqliyyat vasitəsini idarə etməyən sürücülər də avtomobillərini daha sonra istifadə etmək istədikdə, mütləq antifrizin mühərrikə zərər verib-verməməsini yoxlamalıdırlar. Ən azı işə salanda yoxlamaq lazımdır. Mühərrikdə kəmərin fırlanıb-fırlanmaması, buzlanmanın olub-olmamasına diqqət edilməlidir”.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər